Oqtay Əsədov: “Ötən il Azərbaycanda ÜDM-in artması qeyri-neft sektoru hesabına həyata keçirilib”
Qlobal iqtisadiyyatdakı neqativ dəyişikliklər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötməyib.
1news.az xəbər verir ki, bunu Milli Məclisin Plenar iclası zamanı spiker Oqtay Əsədov deyib.
Onun sözlərinə görə ötən il Azərbaycanda ÜDM-in yüksəlməsi qeyri-neft sektoru hesabına mümkün olub.
“Azərbaycan investorlar üçün cəlbedici olkədir və ötən il ölkə iqtisadiyyatına 16 milyard manat investisiya qoyulub. O cümlədən 7.1 milyard manat neft sektoruna 8.38 milyard manat isə qeyri neft sektoruna yatırım olub”, -deyə Əsədov bildirib.
Spiker qeyd edib ki, 2015-ci il ərzində Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əlaqələri qurub.
Qeyd edək ki, plenar iclasda baş nazir Artuq Rasizadə 2015-ci ildə görülən işlərlə bağlı hesabat verəcək.
1news.az