Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərlə görüşüblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərlə görüşüblər

20:04 - 15 / 03 / 2016
Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərlə görüşüblər

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı qaçqın və məcburi köçkünlərlə görüşüblər.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Novruz bayramı ərəfəsində - martın 14-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar  və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. 

Nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn bayram münasibətilə daxili işlər naziri Ramil Usubovun adından təbrik edib, xoş arzularını çatdırıb, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin də ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xatırladıb. 

İ.Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan söz açıb. 

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.   

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 66 min manat soydaşlarımıza təqdim olunub. 

Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da iştirak ediblər.

1news.az

 

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər