Xalq artistinin ikinci ayağı da amputasiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artistinin ikinci ayağı da amputasiya olunub

21:29 - 15 / 03 / 2016
Xalq artistinin ikinci ayağı da amputasiya olunub

Səhhəti pisləşən xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərahiyyə əməliyyatı aparılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə  Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat veriblər.

Məlumata görə, M.Maniyevin sağ ayağı diz nahiyəsindən amputasiya olunub. 

Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər. 

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

1news.az

 

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər