Bakıda avtobusda oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobusda oğurluq edən şəxs saxlanılıb

21:53 - 15 / 03 / 2016
Bakıda avtobusda oğurluq edən şəxs saxlanılıb

Bakıda polis avtobusdan oğurluq edən şəxsi saxlayıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 14-də Nəsimi rayonu ərazisində 20 saylı xətt avtobusunda Ağsu rayon sakini Azər Niftəliyevin cibindən 500 ABŞ dollarını oğurlayaraq avtobusdan düşüb qaçan şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

Onun, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli olması müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər