Novruz bayramı ilə əlaqədar Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçəcək
Novruz bayramı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçəcək.
1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, martın 18-19-da sərnişinlərin sıxlığı gözlənilir. Bununla bağlı növbəli iş qrafiki təşkil olunacaq.
Yüklərin qəbulu və boşaldılmasına da nəzarət güclənəcək. Çalışılacaq ki, yüklərin alınması və yola salınmasında heç bir problem yaşanmasın.
N.Əzməmmədov qeyd edib ki, stansiyalarda, körpülərdə qatarların hərəkəti zamanı mühafizə xidməti gücləndiriləcək və sıxlığın qarşısının alınması üçün qatarlara əlavə vaqonlar qoşulacaq.
1news.az
821