“British Airways” Azərbayana uçuşları dayandırır
“British Airways” şirkəti Londondan Bakıya reyslərini dayandırır.
1news.az-ın verdiyi xəbərə görə, aviaşirkətin məlutaında qeyd edilir ki, uçuşlar kommersiya məqsədilə dayandırılır.
“Səmərəsiz kommersiya şəraiti ilə əlaqədar Londondan Bakıya reysləri dayandırılır və əks istiqamətdə uçuşlar 2016-cı ilin mayın 1-dən etibarən başlayacaq”, - məlumatda qeyd edilir.
Londonun “Hitrou” aeroportundan Heydər Əliyev beynəlxalq hava limanına sonuncu reys (aviareys BA145) olub və əks istiamətdə uçuş (aviareys BA144) 29 aprel, cümə axşamı baş tutacaq. Londondan həyata keçiriləcək uçuş yerli vaxtla 09:50-də, Bakıya 19:25-də çatacaq.
“British Airways” şirkətinin rəsmi saytından mayın 1-nə bilet sifariş etməyə çalışsaq da, lakin bizə 29 aprel tarixi təklif olundu.
1news.az