Bərdənin 3 kəndinə qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bərdənin 3 kəndinə qaz verilib

00:12 - 15 / 03 / 2016
Bərdənin 3 kəndinə qaz verilib

Martın 14-də Bərdə rayonunun daha 3 kəndinə təbii qazın verilişi bərpa edilib.

1news.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 378 abonenti olan Həsənli, Qaratəpə və Mollaisalar kəndlərinin yenidən qazlşadırılması məqsədi ilə birpilləli sistem əsasında 29 019 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər