FHN Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edir - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edir - VIDEO

12:36 - 15 / 03 / 2016
FHN Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edir - VIDEO

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbuluelan edir.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə  Hallar  Nazirliyinin Akademiyasında  “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi”  ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı, yaxud  müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı  I  ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması  və yataqxana ilətəmin olunur, təqaüd  alırlar.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.

Sənədlər aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, 8) qəbul edilir. Daha ətraflı  məlumatı  Fövqəladə Hallar Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  rəsmi internet saytlarından ala bilərsiniz.

Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20

1news.az

Paylaş:
31156

Son xəbərlər

Bütün xəbərlər