Bakıda bir sillə ilə adam öldürdülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir sillə ilə adam öldürdülər

14:31 - 16 / 03 / 2016
Bakıda bir sillə ilə adam öldürdülər

Bakıda bir sillə zərbəsi alan şəxs dünyasını dəyişib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, adıçəkilən qəsəbədə yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında baş vermiş münaqişə zəminində E.Əliyev sillə ilə A.İsmayılovu vurub və A.İsmayılov hadisə yerində ölüb.

E.Əliyev könüllü olaraq Xəzər Rayon Polis İdarəsinə gələrək hadisə barədə məlumat verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1news.az

 

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər