Hərbi tibb imkanlarının təkmilləşdirilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə seminar keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Hərbi tibb imkanlarının təkmilləşdirilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə seminar keçirilir

16:57 - 16 / 03 / 2016
Hərbi tibb imkanlarının təkmilləşdirilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə seminar keçirilir

Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təşkil olunan seminar ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilir.

Seminar müddətində təlimçilər tərəfindən NATO-nun müxtəlif əməliyyatları zamanı, o cümlədən sülhməramlı əməliyyatlarda qazanılmış və digər təcrübələrə əsasən, hərbi qulluqçularla əməliyyatların keçirilmə rayonuna açılmamışdan əvvəlki və geri qayıtdıqdan sonrakı dövrlərdə aparılan işlər, yoluxucu xəstəliklərin immunoprofilaktikası və izlənilməsi, çöl-səhra şəraitində sanitar-gigiyena tədbirləri və digər mövzularda məlumatlar təqdim olunacaq və müzakirələr aparılacaq.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər