Astarada ev yanıb, bir nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada ev yanıb, bir nəfər xəsarət alıb

17:36 - 16 / 03 / 2016
Astarada ev yanıb, bir nəfər xəsarət alıb

Astara rayonunda evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Ojakəran kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində olan ev əşyaları və bitişik talvar 9 kv.m sahədə yanıb.

Yanğın zamanı bir nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər