"TURAZ Şahini-2016" təlimlərində şərti terroristlərin yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

"TURAZ Şahini-2016" təlimlərində şərti terroristlərin yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib - FOTO

18:46 - 16 / 03 / 2016
"TURAZ Şahini-2016" təlimlərində şərti terroristlərin yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib - FOTO

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini-2016" birgə taktiki-uçuş təlimləri davam edir.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terroristlərin yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər.

Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terroristlər və onların yerləşdikləri ərazi məhv edilib.

Təlimlər davam edir.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər