Azərbaycanda neft yataqlarının hasilatı üzrə növbəti saziş imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda neft yataqlarının hasilatı üzrə növbəti saziş imzalanıb

20:05 - 16 / 03 / 2016
Azərbaycanda neft yataqlarının hasilatı üzrə növbəti saziş imzalanıb

Martın 16-da Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycanın tarixən dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini deyib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr barədə ətraflı məlumat verib.

Azərbaycanın dəniz yataqlarının potensialından bəhs edən SOCAR-ın prezidenti quruda yerləşən xam neft və təbii qaz ehtiyatlarının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının perspektivli olduğunu vurğulayıb.

“Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda fəaliyyətə başlamalarından, SOCAR-la əməkdaşlıqdan məmnun olduğunu bildirib, ölkəmizə yatırılan sərmayənin davamlı olacağına inandığını vurğulayıb.

Daha sonra “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Bildirilib ki, sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barrel xam neft təşkil edir. Yataqlardan, həmçinin az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir.

Qeyd edək ki, “Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir. Dünyanın ən böyük və ən dəqiq neft-qaz mərkəzi olan Kanadanın Kalqari şəhərində əsası qoyulmuş “Zenith Energy Ltd.” şirkəti quruda zaman keçdikcə hasilatı azalıb, lakin kapital qoyuluşundan, birgə mühəndislik və texniki ekspertiza nəticəsində optimallaşdırma işlərindən sonra məhsuldarlığı artırıla biləcək təsdiqlənmiş neft və qaz yataqlarının sonrakı işlənməsini həyata keçirir. Şirkət kapital dəyərini maksimum artırmaq üçün daha güclü maddi-texniki təchizat təklif edən, eləcə də emal müəssisələrinə və boru kəmərlərinə yaxın ərazilərdə yerləşən hasilat imkanlarına maraq göstərir. “Zenith” şirkətinin menecmenti geniş beynəlxalq təcrübəyə, həmçinin bu strategiyanı həyata keçirmək üçün texniki biliklərə malikdir.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər