Avropa Azərbaycan Cəmiyyəti və “Visions of Azerbaijan” jurnalı 10 illiyini qeyd edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Avropa Azərbaycan Cəmiyyəti və “Visions of Azerbaijan” jurnalı 10 illiyini qeyd edib - FOTO

22:20 - 16 / 03 / 2016
Avropa Azərbaycan Cəmiyyəti və “Visions of Azerbaijan” jurnalı 10 illiyini qeyd edib - FOTO

Martın 16-da Avropa Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının yaradılmasının 10 illik yubileyi qeyd edilib.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, digər dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Avropa Azərbaycan Cəmiyyətinin 10 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov çıxış edərək qurumun yaranma tarixindən danışıb. O bildirib ki, Avropa Azərbaycan Cəmiyyəti 2006-cı ildə Böyük Britaniyada təsis edilən London Azərbaycan Cəmiyyətinın əsasında yaradılıb. Cəmiyyətin Londonda Baş ofisi, Bakı, Paris, Berlin, Brüssel, Strasburq və İstanbul şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd edilib ki, 10 il ərzində bu qurum Qərbdə Azərbaycanın müsbət imicinin güclənməsinə töhfəsini verib, ölkəmizin uğurlarını təbliğ edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqq işinin müdafiəsinə dəstək təşkilatın fəaliyyətində əsas strateji xətti təşkil edib. Ötən illər ərzində Avropa dövlətlərinin parlamentlərində və siyasi mərkəzlərində ölkəmizlə bağlı çoxsaylı tədbirlər keçirilib.

Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il Avropanın 30-dan çox şəhərində tədbirlər təşkil edilib, Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, xarici müəlliflər tərəfindən hazırlanmış “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab ingilis, fransız, türk və rus dillərində işıq üzü görüb.

Avropa ölkələrində azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin həyatını işıqlandırmaq məqsədilə tanınmış fotoqraflar Filip Rasmer və Ed Kaşi Azərbaycana dəvət olunublar. Onların çəkdikləri fotolar Avropa dövlətlərinin paytaxtlarında sərgilənib. Xocalı soyqırımı törədilən vaxt Azərbaycanda olan və bu barədə fotolar çəkən məşhur fransız fotoqrafı Frederik Lenqiaiqnenin ilk dəfə sərgisi keçirilib. Cəmiyyət tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə dair ingilis, türk, rus və digər dillərdə 20-dən artıq kitab nəşr edilib. Qurum Avropanın nüfuzlu media təmsilçilərinin Azərbaycanla yaxından tanış olması üçün ölkəyə press-turların təşkilinə də öz töhfəsini verib. Azərbaycanda elm və təhsilin inkişafına töhfə verilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.

Cəmiyyətin tərkibində yaradılan Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi Azərbaycan tarixinin aktual problemləri üzrə Böyük Britaniya, Türkiyə və Rusiya arxivlərindən aşkar edilmiş nadir sənədlərdən ibarət topluları nəşrə hazırlayıb, ölkənin nüfuzlu elm adamlarının əsərlərinin çapına dəstək verib. 2011-ci ildə Cəmiyyət Azərbaycanda orta təhsilin inkişafına dəstək məqsədilə Avropa Azərbaycan Məktəbi, 2014-cü ildə təhsil üzrə xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Müəllim İnkişaf Mərkəzi təsis edib.

Cəmiyyət 2014-cü ildə Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə aid onlarla kitabın nəşr olunduğu “TEAS Press” Nəşriyyat evini yaradıb. Ötən il “TEAS Press”in Türkiyə bölməsi də yaradılıb. Qurumun Kembric Beynəlxalq İmtahan Mərkəzi, Oksford Universiteti Nəşriyyatı ilə birgə Avropa Dillərinin Tədrisi Mərkəzi fəaliyyətə başlayıb.

Diqqətə çatdırılıb ki, Avropa Azərbaycan Cəmiyyətinin təsis etdiyi “Visions of Azerbaijan” jurnalı ölkənin ingilisdilli mətbuatı sırasında mühüm yer tutur. 2006-cı ildən bu günədək jurnalın 250 min nüsxədən ibarət 50-dən çox sayı işıq üzü görüb. Jurnal dünyanın məşhur kitabxanalarının fondlarına və kataloqlarına daxil edilib. Jurnalın saytı isə qlobal internet məkanında Azərbaycan haqqında ən böyük ingilisdilli resurslardan hesab edilir. Aprel ayından jurnalın hər ay rəqəmsal TV formatında yayılması planlaşdırılır.

Sonra tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Daha sonra “Visions of Azerbaijan”ın ilk redaktoru Anne Tompson Əhmədova çıxış edərək jurnalın fəaliyyəti haqqında danışıb.

1news.az

Paylaş:
1257

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər