Azərbaycanlı deputat BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 60-cı sessiyasında çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 60-cı sessiyasında çıxış edib

10:36 - 16 / 03 / 2016
Azərbaycanlı deputat BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 60-cı sessiyasında çıxış edib

Nyu-Yorkda BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 60-cı sessiyası və bu çərçivəsində digər toplantılar keçirilib.

1news.azAZƏRTAC-a istinadla xəbər verir ki, tədbirlərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova iştirak edib.

Tədbirdə millət vəkili Monako, Meksika, Kipr, İspaniya və Avstriya nümayəndələrinin təmsil olunduğu AŞPA qrupuna rəhbərlik edib.

Sessiya çərçivəsində Avropa Parlamenti və AŞPA-nın birgə təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılıqla mübarizədə parlament ölçüsü” mövzusunda tədbir keçirilib. Tədbirin əsas natiqləri AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova, Avropa Parlamentinin qadın haqları və gender bərabərliyi komitəsinin sədri Qarsiya Peres İratçe və BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin sədr müavini Dalia Leynarte olublar.

Avropada qadınlara qarşı zorakılığın hələ də geniş yayılmış problemlərdən biri olduğunu deyən S. Qafarova məsələyə dair artan statistik rəqəmlərlə və hər il minlərlə qadının həyatına son qoyan bir çox cinayətkarların cəzalandırılmaması ilə bağlı narahatçılığını bildirib. Avropa Şurasının 47 üzv ölkəsinin, eləcə də müşahidəçi statusunda olan ölkələrin parlamentarilərini birləşdirən “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rolunu xüsusi vurğulayan deputat İstanbul Konvensiyasına siyasi dəstəyin vacibliyini bildirərək avropalı həmkarlarını qadınların zorakılıqlardan qorunması sahəsindəki qanunvericilikdə müvafiq dəyişikliklər etməyə çağırıb.

İspaniya parlamenti, İspaniya kənd ailələri və qadınları assosiasiyasının BMT-nin qərargahında təşkil etdiyi “Qanunsuz miqrasiya və insan alveri arasında əlaqələr” mövzusunda əlavə tədbirdə çıxış edən S. Qafarova bildirib ki, hüquqi statusun və qoruma mexanizminin olmaması, məhdud dil bilikləri, yoxsulluq, immiqrasiya ilə bağlı borclar və sosial ünsiyyətdən təcridolunma kimi amillərin mövcudluğu sənədsiz miqrantların insan alverinə daha çox məruz qalan təbəqə olduğunu deməyə əsas verir.

Milli Məclisin deputatı deyib: “Avropada cinsi istismar məqsədilə insan alveri ən geniş yayılmış formadır və zərərçəkmişlərin təxminən 84 faizi belə problemlə üzləşir. Parlament Assambleyası bu məsələ ilə yaxından məşğul olur və Avropa Şurasına üzv dövlətləri insan alverinə qarşı beynəlxalq əməkdaşlıq üçün qitənin əsas hüquqi aləti olan “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyanı ratifikasiya etməyə çağırır.”

İnsan alveri üzrə araşdırma və məlumatların toplanmasının bütün Avropa Şurasına üzv dövlətlərdə həyata keçirilməsinin əhəmiyyətini vurğulayan S. Qafarova bu sahədə maarifləndirmənin KİV-lər və tədris proqramları vasitəsilə aparılmasının vacibliyinə də toxunub.

1news.az

Paylaş:
473

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər