ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda müzakirələr aparılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda müzakirələr aparılıb - FOTO

22:45 - 16 / 03 / 2016
ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda müzakirələr aparılıb - FOTO

Martın 16-da ADA Universitetində “Qlobal perspektivə dair məruzələr seriyası” çərçivəsində “İqlim dəyişmələri və qlobal istiləşmə” mövzusunda elmi mühazirə dinlənilib.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ADA Universitetinin və ölkəmizin digər ali məktəblərinin tələbələri iştirak ediblər.

“Qlobal istiləşmə bütün ölkələri düşündürən prioritet sahələrdən hesab olunur”, - deyən Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi təhsil ocağında bu məsələyə həmişə aktual yanaşıldığını bildirdi. Rektor dedi ki, universitetdə ekologiya və enerji məsələləri ilə bağlı yaradılan mərkəzdə geniş araşdırmalar aparılır.

ADA Universitetinin fəaliyyəti haqqında qısa məlumat verən Hafiz Paşayev Azərbaycanda zəngin enerji resurslarının olduğunu vurğuladı. O bildirdi ki, universitetin əsas ideologiyası da ölkənin resurslarını, ətraf mühiti qorumaq və ona sağlam münasibət göstərməkdir. Rektor ətraf mühitin qorunması üçün ADA Universitetinin ağacəkmə kampaniyalarında da fəal iştirak etdiyini diqqətə çatdırdı.

“İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda elmi mühazirə oxuyan fəza araşdırmaları üzrə tanınmış alim, ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsində dərs deyən professor Roald Saqdeyev ötən ilin dekabrında Parisdə iqlim dəyişikliyinə həsr olunan sammitin uğurla keçdiyini dedi. Alim vurğuladı ki, Paris Sammiti qlobal istiləşmənin qarşısını almaq üçün qarşıya qoyulan məqsədlərə tam çatacağımıza təminat vermir.

Roald Saqdeyev qeyd etdi ki, qlobal istiləşmə bütün dünyada sivilizasiyanın inkişafı üçün müəyyən çətinliklər yaradır. Buna görə də onun qarşısını almaq üçün atmosferə atılan karbon qazının həcmi azaldılmalıdır. Alim hətta böyük sənaye mərkəzinə malik olan bəzi ölkələrdə atmosferə atılan karbon qazının həcminin azaldılması üçün böyük işlər görüldüyünü də vurğuladı.

“Ötən 650 min il ərzində atmosferə atılan karbon qazının həcmi heç vaxt indiki kimi belə yüksək səviyyədə olmayıb”, - deyən Roald Saqdeyev dünyada atmosferə atılan karbon qazının miqdarının qısa müddət ərzində - son onilliklərdə demək olar ki, iki dəfə artdığını bildirdi. Alim əlavə etdi ki, Azərbaycan ətraf mühitin çirklənməsinə görə dünyada ilk yüzlüyə daxil olan ölkələr sırasında yoxdur. Bu isə çox sevindirici haldır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov diqqətə çatdırdı ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və öz ölkəsi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir. Nazir ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması üçün mühüm işlər görüldüyünü və bu ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

H.Bağırov bildirdi ki, Azərbaycanda neft strategiyası həyata keçirilməyə başlayandan sonra iqtisadiyyatın inkişafı bir necə dəfə yüksəlib. Bununla bağlı olaraq Azərbaycanda təmiz ekologiya siyasəti həyata keçirilməyə başlanılıb. Nazir Azərbaycanın ətraf mühitə atılan neft-qaz tullantılarının həcmini 2020-ci ilədək kəskin şəkildə azaltmağı qarşısına məqsəd qoyduğunu diqqətə çatdırdı. Son illər ölkəmizdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin geniş vüsət aldığını deyən H.Bağırov qeyd etdi ki, Bakıda və Abşeron yarımadasında, magistral yolların kənarlarında ağacəkmə işləri aparılır.

Nazir IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ekologiya sahəsində mühüm layihələrin reallaşdırıldığını da xatırlatdı. O, Cənubi Qafqazda Azərbaycanın Gürcüstan ilə ekoloji sahədə sıx əməkdaşlıq etdiyini, Ermənistanın isə Kür çayını daim çirkləndirdiyini bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış etdi.

“Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir”, - deyən Leyla Əliyeva IDEA İctimai Birliyinin təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atdığını vurğulayaraq dedi:

“Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər. Bilirəm ki, siz də 30 nəfərlə birlikdə ağac əkmisiniz. Buna görə Sizə təşəkkür edirik.

Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq. Əlbəttə ki, ovçuluq bütün dünyada mövcuddur. Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları “Qırmızı kitab”a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır.

Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır. Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik”, - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə etdi. Gənclərə müraciət edən IDEA-nın rəhbəri İctimai Birliyin hamı üçün açıq olduğunu vurğuladı.

Sonra professor Roald Saqdeyevə iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı suallar verildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva maraq doğuran belə bir sualla müraciət etdi:

“Hörmətli akademik Saqdeyev, mənə çox maraqlıdır ki, siz bütün planet üçün təhlükənin qarşısını almağa qadir olan ümumi platformanın mövcudluğuna inanırsınızmı? Təəssüflə qeyd etdiyimiz və bugünkü bəşəriyyətin qarşılaşdığı digər çağırışlarla, bu təhlükə ilə mübarizədə hər hansı etik mexanizmlərin işlənib hazırlanmasını mümkün sayırsınızmı? Yoxsa bu, sadəcə gözəl, utopik ideyadır? Çox sağ olun”.

Suala görə təşəkkür edən professor Roald Saqdeyev dedi:

“Bu, çox dərin mövzudur. Yəqin ki, burada nikbin insanların və bədbinlərin cavabları fərqli olar. Mən hətta bu məsələyə yanaşmada belə bir fikir eşitmişəm ki, auditoriyanı, insanların əksəriyyətini əsaslı elmi-praktiki arqumentlərlə inandırmaq çox güman, mümkün deyil. Ola bilsin ki, bəşəriyyətin yaşaması üçün insanların birləşməsindən də artıq nə isə lazım olacaq. Bəziləri deyirlər ki, bu, ekoloji din, təfəkkürümüzün əsasını təşkil edən torpaq, təbiət dini ola bilər. 1989-cu ildə konfranslardan birində mən məşhur Robert Redfordun qonağı idim. O, qlobal istiləşmə ilə bağlı birinci konfransı özü təşkil edib keçirirdi. Robert Redford yaxınlıqda yaşayan hindu qəbiləsinin rəhbərlərini dəvət etmişdi. Hinduların qəbilə başçısı dedi ki, insanlar onun əcdadlarının müdrikliyini anlaşaydılar, başa düşərdilər ki, biz bu torpağı əcdadlarımızdan miras almamışıq, biz bu torpağı gələcək nəsillərdən borc götürmüşük”.

Tədbirdə digər suallar da cavablandırıldı.

1news.az

Paylaş:
625

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər