Bakıda mərmər plitələrin altında qalaraq ölən şəxslərin adları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mərmər plitələrin altında qalaraq ölən şəxslərin adları açıqlanıb

14:43 - 17 / 03 / 2016
Bakıda mərmər plitələrin altında qalaraq ölən şəxslərin adları açıqlanıb

Dünən gecə saatlarında Suraxanı rayonunda baş vermiş dəhşətli hadisədə həyatını itirən iki nəfərin şəxsiyyəti müəyyənləşib. 

 

1news.az-ın məlumatına görə, martın 16-da saat 22 radələrində Bülbülə qəsəbəsinin S. Əliyev küçəsində Bakı şəhər sakini Bayram Əzimova məxsus mərmər sexində İran vətəndaşı Soleymani Bəhram Məhəmməd oğluna məxsus “Dang-Fang” markalı 25-D-65910 və 25-D-66-010 nömrə nişanlı yük maşınından mərmər listlər boşaldılarkən mərmərlər aşıb.

 

Hadisə nəticəsində yükü boşaldan 1961-ci il təvəllüdlü Kəngərli rayon sakini Murad Həsənov və 1989-cu il təvəllüdlü Yevlax rayon sakini Zeynalov Məhəmməd Məhərrəm oğlu mərmər listin altında qalaraq ölüb.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma-eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

 

1news.az

 

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər