Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

15:59 - 17 / 03 / 2016
Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

1news.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, idarənin “Samur” gömrük postunda 3 fakt üzrə minik avtomobillərinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilməklə gətirilən  27 400 ədəd “NZ Gold Compact”, 3 800 ədəd  “Marlboro Touch” və 1000 ədəd  “Marlboro Micro”  markalı olmaqla cəmi 32 200 ədəd siqaret aşkar olunaraq götürülüb.           

Faktlarla bağlı təhqiqat aparılır.

1news.az

Paylaş:
928

Son xəbərlər

Bütün xəbərlər