Komitə sədri Hacıqabulda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Hacıqabulda vətəndaşları qəbul edib

16:17 - 17 / 03 / 2016
Komitə sədri Hacıqabulda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Hacıqabul və Qobustan rayonlarından olan sakinləri qəbul edib.

1news.az-ın məlumatına görə, qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

1news.az

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər