SOCAR prezidenti itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR prezidenti itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb - FOTO

16:29 - 17 / 03 / 2016
SOCAR prezidenti itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb - FOTO

Martın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb.

1news.az-a SOCAR-dan verilən xəbərə görə, əvvəlcə, həlak olan və itkin düşən neftçilər anılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib, qəzadan dərhal sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını bildirib, ötən müddət ərzində Komissiyanın rəhbərliyi altında görülüb tədbirlərdən danışıb, həlak olan və itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını söyləyib, son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkət prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib, bu görüşün də onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Qəzada xilas edilmiş neftçilərin müalicə-reabilitasiyasına da hərtərəfli dəstək verilməsinə toxunan Rövnəq Abdullayev dövlətimizin rəhbəri İlham Əliyevin göstərişlərinə əsasən, zərər çəkmiş bütün insanların sosial təminatları ilə bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb.

İtkin düşənlərin ailə üzvləri ilə SOCAR rəhbərliyi nümayəndələrinin indiyə qədər keçirilmiş görüşləri haqqında məlumatlı olduğunu bildirən Rövnəq Abdullayev görüş işitirakçılarını narahat edən məsələlərlə maraqlanıbş, onların arzu və istəklərini dinləyib, suallarına cavab verib. İtkin düşən neftçilərin ailə üzvlərindən Esmira Əhmədova, Hüseyn Xəlilov, Azər İskəndərov, Nəcməddin Nəcməddinov, Simuzər Rzaxanova və başqaları qarşılaşdıqları problemlərdən söz açıb, bu problemlərin həlli üçün SOCAR rəhbərliyinin köməyinə ehtiyac yarandığını söyləyiblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə qaldırılan məsələlərin həlli istiqamətində şirkət tərəfindən hər cür dəstək göstəriləcəyini qeyd edib, itkin düşənlərin ailə üzvlərinin üzləşdikləri çətinliklərin aradan qalıdırılmasına yardım edilməsinin hər şeydən öncə, vətəndaşlıq borcu olduğunu bildirib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib, ölənlərə Allahdan rəhmət, itkin düşənlərin ailə üzvlərinə səbr diləyib.

1news.az

Paylaş:
689

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər