Federika Mogerini əfv sərəncamını müsbət qiymətləndirib-FOTO | 1news.az | Xəbərlər
Siyasət

Federika Mogerini əfv sərəncamını müsbət qiymətləndirib-FOTO

20:31 - 17 / 03 / 2016
Federika Mogerini əfv sərəncamını müsbət qiymətləndirib-FOTO

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.

1news.az-ın məlumatına görə, bu barədə o, “twitter” hesabında qeyd edib. “Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

Sərəncam 148 məhkuma şamil edilib. Onların arasında bir sıra tanınmış şəxslər də var.

1news.az

Paylaş:
681

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər