Bakıda iki nəfər mərmər lövhələrin altında qalaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki nəfər mərmər lövhələrin altında qalaraq ölüb

09:29 - 17 / 03 / 2016
Bakıda iki nəfər mərmər lövhələrin altında qalaraq ölüb

Bakıda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə başverib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisə bu gecə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaşın mərmər lövhələr altında qalaraq vəfat etməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər