Rauf Mirqədirov azadlığa buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Rauf Mirqədirov azadlığa buraxıldı

11:15 - 17 / 03 / 2016
Rauf Mirqədirov azadlığa buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.

1news.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesin sonunda elan olunan qərara görə, jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər