BSU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

BSU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

00:55 - 17 / 03 / 2016
BSU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının martın 16-da Bakı Slavyan Universitetində (BSU) təqdimatı olub.

1news.az-a universitetdən bildirilib ki, mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev multikulturalizm dəyərlərindən ibarət olan kitabın tərtibçilərinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib.

Bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab çapa hazırlanır. Kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq çapdan çıxdığını deyən Asif Hacıyev nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinədək folklor və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu nəşrdə insanpərvərlik, birlik, bərabərlik ideyaları, Azərbaycan multikulturalizmi tamamilə əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu tolerant, multikultural dəyərlərin əsrlər boyu xalqımızın ənənəsində, mədəniyyətində yaşadığını deyib. Kitabın müəlliflərindən biri olan natiq qeyd edib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatının dərin köklərində multikulturalizmin Dədə Qorqud zamanından mövcudluğunun sübutudur. M.Nağısoylu vurğulayıb ki, multikulturalizm istiqamətində görülən işlərin davamı olaraq AMEA-nın Folklor İnstitutunda “Azərbaycan folklorunda multikulturalizm” mövzusunda elmi araşdırmalara başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını deyib. Aparat rəhbəri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”nı Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. O qeyd edib ki, kitab multikultural təhlükəsizlik üçün vacib mənbədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə BSU-nun kollektivinə minnətdarlığını bildirib.

Ural Federal Universitetinin Azərbaycanşünaslıq Mərkəzi direktorunun müavini Denis Jeriborov, BSU-nun beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, BSU-nun dosenti, filologiya elmləri doktoru Rüstəm Kamal, BSU-nun multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova Azərbaycanda multikulturalizmin xüsusiyyətləri, tarixi ənənəsi, ölkəmizdə aparılan multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb, kitabın müəlliflərinə təşəkkür ediblər.

1news.az

Paylaş:
788

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər