Dövlət Yol Polisi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
1news.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, martın 18-dən etibarən ölkənin magistral yollarında hərəkətin intensivləşəcəyi gözlənilir.
“Bütün sürücülər diqqətli olmalı, xüsusi ilə sürət həddinin yuxarı olduğu magistrallarda qaydalara ciddi riayət etməlidir. Həmçinin ölkədə hava şəraitinin tez-tez dəyişməsi, yağış yağmasını nəzərə alaraq sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını diqqət yetirməlidir. Çünki hava şəraiti hərəkət təhlükəsizliyinə bilavasitə təsir edir və sürücülər yola çıxarkən bu kimi halları nəzərə almalıdır”- deyə, müraciətdə qeyd olunub
Onu da qeyd edək ki, martın 19-28-i günlərində yol polisi gücləndirilmiş iş rejimində işləyəcək və ölkənin bütün yollarında əlavə naryadlar da cəlb edilməklə xidmət təşkil ediləcək.
1news.az