Spiker Oqtay Əsədov KİV nümayəndələrinə müraciət etdi
Parlamentin daxili qaydalarına uyğun olaraq iki ay ərzində iclas keçirmək mümkündür.
1news.az xəbər verir ki, bu haqda Milli Məclisin spikeri Oqtay Əsədov məlumat verib.
Onun sözlərinə görə əlavə iclasların keçirilməsi Milli Məclisin daxili işidir. Gündəlikdə isə 1,5 və 25 məsələ ola bilər.
“Dünən KİV-də məlumat yayılıb ki, Parlamentin növbəti növbədənkənar iclası keçirilir.Bəzi KİV nümayəndələri isə “Parlament fövqəladə iclas keçirir” başlığı ilə yazı yerləşdirib. İnsanlar isə sual edir nə hadisə baş verib ki, parlament növəbədənkənar iclas keçirir? KİV nümayəndələri bu məsələləri böyütməsin” – deyə spiker irad tutub və kütləvi informasiya vasitələrindəki növbədənkənar iclasla bağlı məlumatı təkzib edib.
1news.az