Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

15:13 - 18 / 03 / 2016
Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, qəbulda Biləsuvarla yanaşı Ağcabədi, Beyləqan və İmişli rayon sakinləri də iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağcabədi         -          050-515-29-00

Beyləqan          -          055-743-12-12

Biləsuvar          -          050-504-44-22

İmişli                -          050-635-66-49

1news.az

 

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər