Prezident “Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” fərmanda dəyişiklik edib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəfərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 129-VQD nömrəli Qanununu nəzərə alaraq Azərbaycan Respublikası Neft Fondunun 2016-cı il üçün büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 3.2.1-ci və 5.4.1-ci yarımbəndlərinə uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1473) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” rəqəmləri “10 668 933,7” rəqəmləri ilə əvəz edilsin.
1.2. 2-ci hissədə verilmiş cədvəlin 2.1-ci bəndində “6 094 053,0” rəqəmləri “3 875 682,4” rəqəmləri ilə, 2.2-ci bəndində “2 100,0” rəqəmləri “3 402,0” rəqəmləri ilə, 2.3-cü bəndində “12 600,0” rəqəmləri “19 278,0” rəqəmləri ilə, 2.4-cü bəndində “602 790,1” rəqəmləri “679 950,2” rəqəmləri ilə, 2.5-ci bəndində “21,0” rəqəmləri “162,0” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə əvəz edilsin.
1.3. 3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilsin:
Sıra №-si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
90 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert |
7 615 000,0 |
3.3. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
70 000,0 |
3.4. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
137 621,7 |
3.5. |
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi |
36 558,0 |
3.6. |
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
2 355 318,0 |
3.7. |
Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
331 776,0 |
3.8. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
32 660,0 |
|
Cəmi |
10 668 933,7 |
1.4. Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilsin:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2016-cı ildə idarə edilməsi ilə bağlı
X Ə R C L Ə R S M E T A S I
Sıra №-si |
Xərclər |
Kod |
Məbləğ |
1. |
Əməyin ödənişi |
210000 |
6,078,280 |
2. |
Malların (işlərin və xidmətlərin) satın alınması |
220000 |
4,273,448 |
3. |
Qrantlar və digər ödənişlər |
260000 |
636,700 |
4. |
Təqaüdlər və sosial müavinətlər |
270000 |
100,000 |
5. |
Digər xərclər |
280000 |
11,245,950 |
5.1. |
İcarə və muzdlu xidmətlər |
281400 |
86,000 |
5.2. |
Sair xərclər |
282100 |
8,397,950 |
5.3. |
Bank xərcləri |
282300 |
2,762,000 |
6 |
Qeyri-maliyyə aktivlərinin alınması |
310000 |
10,325,623 |
|
XƏRCLƏRİN CƏMİ |
|
32,660,000 |
1news.az