Külli miqdarda psixotrop maddə aşkar edilərək götürülüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda psixotrop maddə aşkar edilərək götürülüb – FOTO

18:36 - 18 / 03 / 2016
Külli miqdarda psixotrop maddə aşkar edilərək götürülüb – FOTO

Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda psixotrop maddənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısını alıblar.

1news.az-ın məlumatına görə, Tovuz Gömrükİdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi “Mercedes Benz-250” markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə adıçəkilən vətəndaşdan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməyən malların, qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olub-olmadığı soruşulub. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş predmetlərin olmadığını bildirib.

Bundan sonra hal şahidlərinin iştirakı ilə Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi “Mercedes Benz-250” markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcəyinin arxasından, yəni yanacaq çəni kəsilərək düzəldilmiş gizli saxlanc yerindən 10 min 80 həb “Xanax 0,5 mg” və 2070 həb “Rivotril” adlı dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, aşkar edilən dərman preparatları “Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
507

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər