Azərbaycanda son 3 ayda 160 mindən çox ağac əkilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son 3 ayda 160 mindən çox ağac əkilib

21:02 - 18 / 03 / 2016
Azərbaycanda son 3 ayda 160 mindən çox ağac əkilib

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin (“Azəryaşlandşaft” ASC) tabeli qurumları tərəfindən xidməti ərazilərdə 2016-cı ilin 3 ayında ümumilikdə 160 min 390 ədəd ağac və kol bitkisi əkilib.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, bunun 84 min 390 ədədi 81 hektar yeni əkin sahəsində, digər 76 mini isə əvvəlki illərin 185 hektarlıq əkin yerlərində doldurma-bərpa işləri aparılmaqla həyata keçirilib.

Belə ki, Suraxanı rayonu Zığ-Heydər Əliyev adına  Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafındakı ərazilərdə son aylarda 55 hektar sahədə 45 min 175 ədəd ağac əkilməklə yeni yaşıllıqlar salınıb.

Respublikanın digər magistral avtomobil yollarının ətrafında, o cümlədən Bakı-Astara və Bakı-Quba magistral avtomobil yolunun Ələt-Salyan və Siyəzən-Şabran hissələrində yeni suvarma sistemləri qurulmaqla Ələt-Salyan yolunda 8 hektarda 6 min 664 ədəd, Siyəzən-Şabran yolunda isə 3 hektarda 2 min 550 ədəd ağac əkilərək yaşıllıqlar salınıb.

Bakı-Şamaxı və Bakı-Qazax magistral avtomobil yollarının ətrafında əvvəlki illərdə salınmış yaşıllıqlarda isə doldurma-bərpa işləri aparılıb və bu işlərə 76 mindən çox ağac və kol bitkisi sərf edilib.

Eyni zamanda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakının Səbail rayonu Bayıl yamacı-20-ci sahə ətrafında da (Bibiheybət hissəsi) ərazilərin yaşıllaşdırılması işləri davam etdirilib. Səbail rayonu Bayıl yamacı-20-ci sahə ətrafında  2014-cü ildən 2016-cı ilin I rübünədək yaşıllıqların ümumi sahəsi 72 hektara, əkilmiş ağacların sayı 463 min 274 ədədə çatdırılıb, o cümlədən 2016-cı ilin yazında 15 hektarda 30 min ədəd müxtəlif cinsli ağac əkilib, bütün ərazilər müasir damcılı suvarma sistemləri ilə təchiz olunub.

Ümumilikdə ASC tərəfindən xidməti ərazilərdə 2008-ci ildən 2016-cı ilin I rübünədək 3 min 740 hektarda 4 milyon 796 min 100 ədəd ağac və kol bitkisi əkilib və bunun 1 milyon 258 mini  zeytundur.

Nazirlikdən bildiriblər ki, keyfiyyətli əkin materiallarının yetişdirilməsi sahəsində də “Azəryaşlandşaft” ASC tərəfindən uğurlu və sabit iş aparılır. 2016-cı ilin ilk aylarından ASC-nin tingliklərində 282 min ədədi dibçək və paketlərdə olmaqla ümumilikdə 342 min ədəd müxtəlif cinsli ağac, kol bitkilərinin toxmacar və tinglərin yetişdirilməsinə başlanılıb. 877 min ədəd müxtəlif cinsli ağac və kol bitkilərinin çilingi kökləndirilmək üçün xüsusi quraşdırılmış, suvarma və qızdırıcı sistemlərlə təmin edilmiş istixanalarda ləklərə basdırılıb. Bu çilinglərin 819 min ədədi zeytundur. Bundan əlavə, Eldar şamı, zeytun, sərv, Şərq çinarı, akasiya, şirin badam, daş palıd və digər qiymətli ağac və kol cinslərinin toxumları tədarük edilərək tingliklərə səpilib.

Əkin materiallarının yetişdirilməsi ASC-yə 2016-cı ilin payızından başlayaraq özünü keyfiyyətli, kökü bağlı əkin materialları ilə təmin etməyə və yaşıllıqların maya dəyərinin aşağı salınmasına imkan verəcək.

1news.az

 

Paylaş:
847

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər