Sumqayıtda bina yanıb, sakinlər təxliyə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda bina yanıb, sakinlər təxliyə olunub

09:50 - 18 / 03 / 2016
Sumqayıtda bina yanıb, sakinlər təxliyə olunub

Sumqayıtda binaların birində yanğın olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılmış 20 kv.m sahədə məişət tullantıları yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 8 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

1news.az

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər