Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər | 1news.az | Xəbərlər
Siyasət

Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər

10:27 - 18 / 03 / 2016
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər

Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri martın 17-də əfv sərəncamı imzalamsı ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər.

1news.az-ın məlumatına görə, ilk öncə dövlət başçısını Novruz bayramı münasibətilə təbrik edən hüquq müdafiəçiləri, əfv sərəncamının imzalanmasını onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndiriblər:

“Bu gün biz hüquq müdafiəçilərinə bəxş etdiyiniz ən böyük töhfə, əməyimizə verdiyiniz ən yüksək qiymət imzaladığınız geniş Əfv Sərəncamı və həmin sərəncamla Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun Sizə təqdim etdiyi siyahıdan 14 nəfərin azadlığa qovuşması oldu”.

Müraciətdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması xüsusi qeyd olunub:

“Bu gün faha bir sevinc hissini Bakı Apellyasiya Məhkəməsi tərəfindən jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması ilə yaşadıq. Siz humanizm, insansevərlik hissindən irəli gələn Əfv Sərəncamı ilə hər bir vətəndaşımızın həyat qarantı olduğunuzu sübut etdiniz”- deyə, məktubda vurğulanır.

Hüquq müdafiəçiləri bildiriblər ki, əfv sərəncamının imzalanması bir daha göstərdi ki, Azərbaycan öz problemlərini həll etməyi bacaran ölkədir və onunla güc və təsir dilə danışmaq yolverilməzdir:

“Avropa Şurası tərəfindən İnsan Hüquqları ilə birgə İşçi Qrupunun fəaliyyətinin dayandırılmasına və öz nümayəndəsinin geri çağrılmasına baxmayaraq, İşçi Qrupu Sizin qətiyyətli iradənizlə öz işini davam etdirməklə ölkəmizdə dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasındakı konstruktiv dialoqa töhfəsini verir. Bu addımınız beynəlxalq aləmə, Qərbin nüfuzlu təşkilatlarına göstərdi ki, Azərbaycan öz problemlərini həll etməyi bacaran ölkədir və onunla güc və təsir dilə danışmaq yolverilməzdir.

Qısa vaxt kəsiyində qrupun səyləri nəticəsində vətəndaşlardan qəbul etdyimiz 80-nə yaxın şikayət həllini tapdı. Biz ümid edirik ki, Birgə İşçi Qrupu çərçivəsində ölkədəki bir çox problemləri davamlı fəaliyyətimizlə həll edə biləcəyik“- deyə, məktubda vurğulanır.

Qeyd edək ki, məktubu Dilarə Əliyeva adına Qadın Hüququları Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunn rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı imzalayıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 17-də əfv sərəncamı imzalayıb. Sərəncam 148 nəfərə şamil olunub.

1news.az

Paylaş:
2734

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər