Stolüstü tennis üzrə komanda yarışlarının qalibləri məlum oldu | 1news.az | Xəbərlər
İdman

Stolüstü tennis üzrə komanda yarışlarının qalibləri məlum oldu

10:20 - 18 / 03 / 2016
Stolüstü tennis üzrə komanda yarışlarının qalibləri məlum oldu

Məlumat verildiyi kimi, martın 14-dən etibarən “Şüa” İdman - Sağlamlıq Mərkəzində yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir.

1news.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda artıq komanda yarışları başa çatıb, qaliblər müəyyənləşib.

1998-2000-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında keçirilmiş yarışlarda I yeri Sumqayıt, II yeri Bakı, III yeri Şirvan və Şabran komandaları, 1998-2000-ci il təvəllüdlü qızlardan ibarət komandalar arasında I yeri Sumqayıt, II yeri Şirvan, III yeri Şabran komandaları tutublar.

2001-ci il təvəllüdlü və azyaşlı oğlanlardan ibarət komandalar arasında I yeri Bakı 1, II yeri Şabran və III yeri Təhsil -1, Bakı -2 komandaları, qızlardan ibarət komandalar arasında isə I yeri Bakı-1, II yeri Şabran, III yeri isə Bakı -2, Şəki -1 komandaları qazanıblar.

1news.az

Paylaş:
673

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər