Baş nazir: Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Azərbaycana qaytarılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir: Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Azərbaycana qaytarılacaq

1news Redaksiyası14:10 - Bu gün
Baş nazir: Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Azərbaycana qaytarılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vətəndaşının Ermənistan ərazisində aşkarlanaraq saxlanılması ilə bağlı açıqlama verib.

1news.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşının Azərbaycana qaytarılacağını bildirib.

O qeyd edib ki, sərhədi keçən şəxsi aşkarlayan hərbçilər onu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər.

“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkarlayaraq Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan bir şəxsi görüblər. Onu güllələməli, öldürməli idilər? Burada problem nədir? Onu Respublika meydanında həbs etməyiblər ki...” – Paşinyan deyib.

Baş nazir dünyada keçilməsi mümkün olmayan sərhədin olmadığını da vurğulayıb.

“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur. Makedoniyalıların dövründən bu günə qədər belə bir sərhəd mövcud olmayıb”, – o əlavə edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 19-da saat 17:50-də Tavuş vilayətində Azərbaycan vətəndaşı aşkarlanıb.

Məlumatda bildirilir ki, aşkarlanan şəxs 1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımovdur. Aparılan yoxlama tədbirləri nəticəsində onun yolu azdığı üçün Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər