ABŞ Azərbaycanda 148 məhkumun əfv olunmasını alqışlayır
ABŞ-ın dövlət katibi Con Kerri Prezident İlham Əliyevin 148 məhkumun əfv olunması ilə bağlı sərəncamını alqışlayaraq bunu müsbət addım adlandırıb.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda ABŞ-ın Dövlət Departamentinin məlumatında bildirilir. Kerri xüsusi olaraq vurğulayıb ki, əfv olunanlar arasında 10 nəfərdən çox şəxs – jurnalist, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləridir.
Qeyd olunur ki, əfv olunanlar arasında Anar Məmmədli, Rəsul Cəfərov,Taleh Xasməmmədov, Nemət Pənahlı, həmçinin “NİDA” hərəkatının üzvləri, siyasətçilərdənTofiq Yaqublu, Yadigar Sadıqov və Sirac Kərimli, jurnalistlərdən Pərviz Həşimli, Hilal Məmmədov da var.
Həmçinin ABŞ jurnalist Rauf Mirqədirovun cümə axşamı günü azadlığa buraxılmasını da alqışlayıb. Belə ki, R.Mirqədirovun cəzası 6 ildən dəyişdirilərək 5 il müddətinə şərti azadlığa buraxılıb.
“Biz,Azərbaycanla əlavə olaraq müsbət addımların atılması ilə bağlı birgə işlərisəbirsizliklə gözləyirik”, - Kerri bildirib.
Xatırladaq ki, Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı ildə 148 məhkumun əfv edilməsilə bağlı sərəncam imzalayıb. Əfv olunan şəxslərdən 137 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 6 nəfəri islah işləri, 5 nəfəri isə cərimələrin ödənilməsindən azad ediliblər.
Bundan əlavə, əfv olunanlara daxil olan 14 nəfərin ərizəsi insan hüquqları təşkilatları tərəfindən irəli sürülüb. Həmçinin əfv olunan şəxslərdən 16 nəfəri xarici vətəndaşlardır və onlar ölkədən deportasiya olunub.
Əfv haqqında qərar qəbul edilərkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti və cəza çəkdikləri müddətdə davranışları da nəzərə alınıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tam siyahı ilə bu linkdən tanış olmaq olar.
1news.az