Yüksək dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub – FOTO

23:32 - 18 / 03 / 2016
Yüksək dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub – FOTO

SOCAR-ın Baş ofisində Prezident İlham Əliyevin bu il 20 sentyabr - Neftçilər günü münasibəti ilə imzaladığı sərəncamlara əsasən təltif edilmiş neftçilərə yüksək dövlət mükafatları təqdim olunub.

1news.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və '”Neft Daşları”'ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçi əməyini həmişə yüksək qiymətləndirən, Azərbaycan neftçilərinin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti İlham Əliyevə SOCAR-ın coxminli kollektivi adından dərin minnətdarlığını bildirib.

R.Abdullayev vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyamız möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. SOCAR prezidenti cari ildə həyata keçirilən neft və qaz əməliyyatlarının uğurla davam etdiyini bildirib, Azərbaycan neftçilərinin bundan sonra da qarşılarında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini ifadə edib. 

Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş, “Əməkdar mühəndis”, “Əməkdar hüquqşünas”, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş neftçilərə ali dövlət mükafatları təqdim olunub.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər