Paytaxtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

14:23 - 19 / 03 / 2016
Paytaxtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Pirşağı qəsəbə sakini Allahverdi Məmmədovun idarə etdiyi “Daewoo” markalı minik avtomobili İlham Əhmədovun idarə etdiyi 179 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə Allahverdi Məmmədov hadisə yerində ölüb, onun maşınında olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər