Böyük Britaniyanın Aberdin Universitetində Novruz şənliyi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük Britaniyanın Aberdin Universitetində Novruz şənliyi keçirilib

21:26 - 19 / 03 / 2016
Böyük Britaniyanın Aberdin Universitetində Novruz şənliyi keçirilib

Baharın gəlişi - Novruz bayramı münasibətilə Böyük Britaniyanın Aberdin Universitetində bayram şənliyi keçirilib.

Universitetdə təhsil alan həmyerlimiz Kənan Əliyev AZƏRTAC-a bildirib ki, Aberdin Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə yerli və xarici tələbələr, eləcə də müəllimlər iştirak ediblər.

Aberdin-Azərbaycan Cəmiyyətinin sədri Kənan Əliyev çıxış edərək xalqımızın ən qədim bayramlarından olan Novruz, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə iştirakçılara ətraflı məlumat verib.

Bildirilib ki, hər il martın 20-21-i Azərbaycanda yaz fəslinin gəlişi, təbiətin canlanması, yeni ilin başlanğıcı sayılan Novruz bayramı kimi qeyd olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl üzərində bərqərar olub. Novruz ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu səbəbdən xalqımız bu bayramı böyük sevinc və sevgi ilə qarşılayır.

Diqqətə çatdırılıb ki, xaricdə yaşayan soydaşlarımız bu bayramı doğma Vətəndə qeyd edə bilməsələr də, milli adət-ənənələrimizi uzaq ölkələrdə də yaşatmağa çalışırlar.

Tədbirdə qonaqlar Cəmiyyətin üzvlərinin ifasında Azərbaycanın milli musiqisi və rəqsləri ilə tanış olublar. Eyni zamanda, iştirakçılara Azərbaycan mətbəxinin ləziz nümunələri, milli adətlərə uyğun olaraq hazırlanmış bayram xonçaları təqdim edilib.

Azərbaycanın milli adətlərini yüksək qiymətləndirən iştirakçılar belə maraqlı tədbirin təşkil olunmasına görə tələbələrimizə dərin təşəkkürlərini bildiriblər.

Paylaş:
415

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər