İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib

12:05 - 19 / 03 / 2016
İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Rostov-Don aeroportunda “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər