“TURAZ Şahini – 2016” təlimi çərçivəsində növbəti əməliyyat keçirilib-FOTO
Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələrinin pilotları birgə əməliyyat keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektlərini və onları mühafizə edən təyyarələrini məhv etmək olub.
Uçuşlardan əvvəl təyyarəçilərlə brifinq keçirilib, əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib.
“MiQ-29” və “F-16” qırıcı, “Su-25” bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçirilib və uğurla başa çatıb.
Azərbaycan təyyarəçiləri “F-16” qırıcı, türk pilotlar isə “MiQ-29” qırıcı və “Su-25” bombardmançı təyyarələrində əməliyyata qatılıblar.
Təlimlər davam edir