Hikmət Hacıyev: "Hava limanında partlayış baş verərkən ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub"
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”.
1news.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xarici Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Hacıyev bildirib ki, paytaxt Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər: “Zaventem hava limanında partlayış baş verən zaman ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub. Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”.
522