Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

12:35 - 23 / 03 / 2016
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Texniki səbəblərə görə martın 28-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun 1news.az-a verdiyi məlumata görə, saat 14:30-da Bakıdan, saat 15:50-də Sumqayıtdan yola düşən qatarların vaxtı bəzi texniki səbəblərə görə dəyişdiriləcək.

Martın 28-də qatar saat 16:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 16:40-da Sumqayıt-sərnişin stansiyasına çatacaq, saat 17:00-da Sumqayıt-sərnişin stansiyasından yola düşəcək və saat 17:40–da Bakı-sərnişin stansiyasına çatacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 16:00, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də yola düşəcək.

Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 17:00, 18:20, 19:30, 20:05, 20:40  və 21:00-da yola düşəcək.

Elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

1news.az

Paylaş:
979

Son xəbərlər

Bütün xəbərlər