Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir
Martın 28-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 14:30-da Bakıdan, saat 15:50-də Sumqayıtdan yola düşən qatarların vaxtı bəzi texniki səbəblərə görə dəyişdiriləcək. Həmin qatar saat 16. 00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 16-40-da Sumqayıt-sərnişin stansiyasına çatacaq, saat 17:00-da Sumqayıt-sərnişin stansiyasından yola düşəcək və saat 17-40–da Bakı-sərnişin stansiyasına çatacaq.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 16:00, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 17:00, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.
1news.az