“BakuBus”ın 3 nömrəli marşrutu hərəkət istiqamətini dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

“BakuBus”ın 3 nömrəli marşrutu hərəkət istiqamətini dəyişib

17:54 - 24 / 03 / 2016
“BakuBus”ın 3 nömrəli marşrutu hərəkət istiqamətini dəyişib

Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, “BakuBus” MMC 3 nömrəli marşrut xətti istiqamətində dəyişiklik edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, martın 25-dən etibarən “BakuBus”a məxsus 3 nömrəli marşrut xəttinin son dayanacağı metronun “Azadlıq prospekti” stansiyasının önü deyil, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun “Dərnəgül” stansiyasının önü olacaq.

Qeyd edək ki, hərəkət istiqamətinin dəyişdirilməsi səbəbindən 3 nömrəli marşrut xətti Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək.

1news.az

 

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər