Matəm günlərindən sonra Belçikadakı ilk şənlik tədbirlərindən biri Azərbaycan diasporası tərəfindən təşkil olunmuşdur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Matəm günlərindən sonra Belçikadakı ilk şənlik tədbirlərindən biri Azərbaycan diasporası tərəfindən təşkil olunmuşdur - FOTO

14:48 - 27 / 03 / 2016
Matəm günlərindən sonra Belçikadakı ilk şənlik tədbirlərindən biri Azərbaycan diasporası tərəfindən təşkil olunmuşdur - FOTO

2016-cı il martın 26-da Belçikanın Ham şəhərində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti və yerli bələdiyyə tərəfindən birgə Novruz şənliyi təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin nümayəndələri iştirak etmişlər.

Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar elan edilmiş matəm günlərindən sonra Belçikada təşkil edilmiş ilk kütləvi şənlik tebirlerinden biri olan və 200-dən artıq şəhər sakininin iştirak etdiyi tədbir zamanı Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və Ham şəhərinin meri Dirk De Vis çıxış edərək bu qədim bayramın önəmindən bəhs etmiş, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın və bütün türk dünyasının min illər boyu sahib olduğu milli-mədəni irsin qitə səviyyəsində tanınmasına imkan yaratdığını qeyd etmişlər.

Daha sonra çıxış edən Səfirliyin muşaviri Zaur Əhmədov iştirakçıları təbrik etmiş, bu tədbirin Belçikada baş vermiş məlum hadisələrdən sonra, Azərbaycanın belçikalı dostlarına bahar nikbinliyi gətirməyə xidmət etdiyini diqətə çatdırmış, 2009-cu ildən etibarən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentetiv Siyahısına daxil edilmiş Novruzun həmrəylik aşılayaraq bu günki dünyada ciddi ehtiyac duyulan xalqlararası dostluq və anlaşmaya töhfə verdiyini vurğulamışdır.

Bunun ardınca Novruz haqqında film nümayiş etdirilmiş və bayram adət-anənələri haqqında iştirakçılara məlumat verilmişdir.

Tədbirin sonunda Azərbaycan musiqi nümunələri ifa olunmuş və bayram süfrəsi açılmışdır. 

Tədbir yerli mətbuatda işıqlandırılmışdır.

Paylaş:
635

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər