Naxçıvanlı şagirdlər muxtar respublikaya yola salınıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanlı şagirdlər muxtar respublikaya yola salınıblar - FOTO

18:21 - 27 / 03 / 2016
Naxçıvanlı şagirdlər muxtar respublikaya yola salınıblar - FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilmiş növbəti maarifləndirici tur-aksiya martın 27-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 150 şagird, 20 bələdçi-müəllim Bakıya olub. Tur-aksiyanın məqsədi ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələrinin şagirdlərə əyani şəkildə çatdırılmasıdır.

Məktəbli Əkbərova Ulduz deyib: “Tur-aksiya biz şagirdlər üçün fürsətdir. Bu layihə sayəsində biz Bakını daha yaxından tanıyacağıq. Layihə vasitəsilə şəhərin tarixi yerlərini, mədəniyyət ocaqlarını görəcəyik. Bunları nəzərə alaraq maarifləndirici tur-aksiyanın təşkilatçılarına təşəkkür edirəm”.

Naxçıvanlı şagird Əkbərova Sürəyya qeyd edib ki, gənclər bu səfərlər zamanı geriyə yeni və zəngin biliklərlə qayıdırlar. Bu mənada tur-aksiya çərçivəsində nəzərdə tutulan tədbirlər gənclər üçün faydalı olacaq.

Şagird Arif Yusifov tur-aksiyada iştirak etdiklərinə görə çox sevindiklərini söyləyib, Bakıya səfərdən zəngin təəssüratlarla və məlumatlarla geri döndüklərini bildirib. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.

Şagirdlər Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Tarixi Muzeyi, Xalça muzeyi, Beynəlxalq Muğam Mərkəzi, “Atəşgah” məbədi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və digər mədəni-tarixi yerlərlə, eləcə də Bakı Olimpiya Stadionu ilə tanış olublar.

Paylaş:
611

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər