Bakıda “bazar günü gurultusu”: paytaxt sakinlərini qorxudan nə oldu? – VERSİYALAR
Xəbər verdiyimiz kimi, dünən, martın 27-də Bakının Səbail və Qaradağ rayon sakinləri güclü gurultu səsləri və yeraltı təkan hiss ediblər ki, bu da bir sıra söz-söhbətlərə səbəb olub.
Bir çox səylərimizə baxmayaraq dünənki hadisənin yaranma səbəblərini aydınlaşdırmaq mümkün olmadı.
Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarından bildirdilər ki, hadisə ilə bağlı heç bir fakt qeydə alınmayıb. Həmçinin AMEA-nın Respublika Seysmoloji Xidməti mümkün zəlzələ haqda fərziyyələri təkzib edib.
1news.az bazar ertəsi səhər Səbail və Qaradağ rayon Polis şöbələrinə müraciət edərək baş vermiş hadisə ilə bağlı yeni məlumatın olub-olmadığını aydınlaşdırmağa çalışıb. Xatırladaq ki, Qaradağ rayonunda yerləşən zavodlardan birində qəza və ya partlayışın olması daha çox müzakirə olunan fərziyyədir. Bununla yanaşı, Polis bölməsində bəyan etdilər ki, bu haqda məlumat yoxdur.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin rayonların ərazisində fövqəladə hadisə qeydə alınmayıb, həmçinin gurultu ilə bağlı sakinlərdən şikayət də daxil olmayıb. Bununla yanaşı, bu mövzu sosial şəbəkələrdə və forumlarda geniş müzakirə olunur. Mövzu ilə əlaqədar bir çox versiyalar, hətta fantastik fərziyyələr də irəli sürülür.
Bir sıra istifadəçilərin fikrincə, gurultuya səbəb Qaradağ rayonu ərazisində yerləşən palçıq vulkanının püskürməsidir ki, bu da güclü partlayış və yeraltı səslərlə müşahidə olunub.
Bir başqaları isə, benzin çəninin partlaması təklifini irəli sürüb (lakin DİN-dən verilən məlumata əsasən, həmin gün rayon ərazisində bu kimi hal baş verməyib).
Bir sıra istifadəçilərin fikrincə isə, söhbət “Yerin uğultusundan” gedir ki, bu hadisə də daha əvvəllər Bakıda və dünyanın bir çox ölkələrində baş verib. Bunun mənşəyi hələ də məlum deyil. Lakin bu versiyanı istfadəçilər təkzib ediblər. Belə ki, baş vermiş gurultunun məhz partlayış səsi olması ilə əlaqələndiriblər.
Mövzu ilə əlaqədar oxuyun:
Bakıda müəmmalı gurultu səsi eşidildi
Hətta bunun reaktiv təyyarənin səs baryerini aşması zamanı yaranan gurultu olduğunu bəyan edənlər də oldu. Kimlərsə bu səsin guya ki, Abşeronda keçirilən hərbi təlimlərlə əlaqdar olduğu fikrini yaymağa tələsirdi. Bununla belə, hərbi təlimlərlə bağlı versiyalar da təsdiqini tapmadı.
Eyni zamanda, dünən palçıq vulkanının püskürməsi hadisəsi də qeydə alınmayıb.
Professor, geologiya-mineralogiya elmləri doktoru, Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin (GNFE) prezidenti, azərbaycanlı alim Elçin Xəlilov hesab edir ki, izahedilməz səslər əsasən Günəşdə baş verən kataklizmlərin nəticəsidir.
“Günəş enerjisinin Yer kürəsini axını zamanı maqnitosferlə toqquşur ki, bu da xüsusi akustik dalğalara çevrilir. Bundan sonra həmin dalğalar Yer səthinə yönəlirlər. Bu dalğaları xüsusi cihazlar vasitəsilə eşitmək olar. Lakin bu səslər aşağı tezliklə şəhər səs-küyünə uyğunlaşarda bəzi insanlar bunu eşidə bilərlər”, - E.Xəlilov bildirib.
Bu səsin bir çox şahidlərdə təlaşa səbəb olmasını E.Xəlilov aşağı tezlikdə olması ilə əlaqələndirib. Aşağı tezlikli səs insan qulağı ilə eşidilməsə də, insan psixikasına mənfi təsir göstərir. Bu, fransız professor Qavronun araşdırmalarında öz təsdiqini tapıb.
Bununla yanaşı, alimin fikrincə, bu gurultunun hər hansı bir anomal hadisə ilə əlaqələndirmək tezdir.
1news.az-ın müxbiri Qaradağ rayon sakinlərindən biri ilə söhbət zamanı bunun “qeyri-adi səs olmamasını”bildirib.
“Burada bir çox müəssisələr var. Ola bilər ki, həqiqətən də kiminsə müəssisəsində nəsə baş verib, lakin o, bunu yaymaq istəmir. Lakin xəsarət alanlarla bağlı heç bir məlumat olmadığından demək olar ki, hadisə ciddi fəsadlarsız sovuşub. Bəlkə biz, həqiqətəndə Yer kürəsinin uğultusunu eşitmişik”-, həmsöhbətimiz adını vermək istəmədi.
1news.az