ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” məsələləri müzakirə olunub - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” məsələləri müzakirə olunub - VİDEO - FOTO

15:50 - 28 / 03 / 2016
ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” məsələləri müzakirə olunub - VİDEO - FOTO

Xəbər verildiyi kimi ADA Universitetində “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda panel keçirilib.

Görüşdə fəza araşdırmaları üzrə tanınmış alim  ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi, professor Roald Saqdeyev “İqlim dəyişikliyi və qlobal istiləşmə” mövzusunda elmi mühazirə oxuyub.

Tədbirdə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov , Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxış ediblər.

Dialoq formatında keçirilən tədbirdə  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.

Tədbirin eksklüziv çəkilişini Təhsil TV həyata keçirib. Panel müzakirələrin ictimai  maraq dairəsini nəzərə alaraq  Təhsil TV  1news.az informasiya agentliyi ilə birlikdə qeyd olunan tədbirin tam versiyasını təqdim edir.

Qeyd edək ki, Roald Saqdeyev Moskva Dövlət Universitetinin məzunudur. SSSR Elmlər Akademiyası Nüvə Fizikası İnstitutu, İ.Kurçatov adına Atom Energetikası İnstitutunda çılışıb. 1989-cu ildən etibarən ABŞ-ın Merilend Universitetində işləyir. Eyni zamanda Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

R.Saqdeev plazma fizikası, nüvə istilik sintezinin idarəolunması, kosmik fizika ilə bağlı tədqiqatıarın müəllifidir.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər