Masallı sakinindən 6 kiloqramdan artıq narkotik maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı sakinindən 6 kiloqramdan artıq narkotik maddə götürülüb

20:02 - 28 / 03 / 2016
Masallı sakinindən 6 kiloqramdan artıq narkotik maddə götürülüb

Polis həmyerlisinin maşınında narkotik maddə aparan şəxsi saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Ziya Müzəffərovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Aparılan yoxlama zamanı Z.Müzəffərovun sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Fikrət Cabbarovdan 4 kiloqram 860 qram marixuana, 935 qram həşiş qətranı və 806 qram heroin götürülüb.

1news.az

 

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər