Bakıda yeni avtomobil yolu tikilir – FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni avtomobil yolu tikilir – FOTO-VİDEO

14:04 - 29 / 03 / 2016
Bakıda yeni avtomobil yolu tikilir – FOTO-VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Bakının Maştağa –Bilgəh Sabunçu avtomobil yolunun tikintisinə başlanıb.

1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, yeni çəkiləcək yol 63 min nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirəcək.

Tikinti işləri Bilgəh qəsəbəsindən başlanıb. Tikinti zamanı həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Yolun ümumi uzunluğu 9 kilometr ,eni 7 kilometr təşkil edəcək yolun tikintindən sonra Sumqayıt- Novxanı- Kürdəxanı- Bilgəh yoluna rahat şəkildə çıxmaq mümkün olacaq.

Bu layihənin həyata keçirilməsində əsas məqsəd  Mərdəkan Bilgəh- Novxanı- Sumqayıt  yolu vasitəsilə Abşeron yarımadasının yaşayış məntəqələrinin şəhər mərkəzinə daxil olmadan Bakı-Quba yoluna çıxışını təmin etməkdir.

1news.az

Paylaş:
1130

Son xəbərlər

Bütün xəbərlər